Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında, eləcə də 1-ci dünya çempionatında mərhələ adlayıblar.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, yığma komandanın üzvlərindən İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda finala yüksəliblər.
İ. Mustafazadə və A. Baxşaliyev həmçinin 1-ci dünya çempionatında yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, hər iki turnirə noyabrın 19-da yekun vurulacaq.