“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 yanvar iş günü ile 2023-cu ilin 30 dekabr istirahət gunünün və 2024-cü ilin 5 yanvar iş günü ilə 7 yanvar istirahət gününün yerləri dəyişdirilsin.
ƏLİ ƏSƏDOV Azərbaycan Respublikasının Baş naziri