Azərbaycanlı qadın türk həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb.
Sonxeber.az xəbər verir ki, ARB televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinə müraciət edən Esmira adlı qadın bildirib.
Esmira qeyd edib ki, həmin kişi ilə sosial şəbəkədə tanış olub:
“İki qızım var. Onları evləndirib, yenidən ailə qurdum. Kişi məni aldadıb, Türkiyə apardı. Bura gələndə bildim ki, onun heç nəyi yoxdur. 6 ay sonra o, məni vəhşicəsinə döyməyə başladı. Sonradan bildim ki, bu insan həm də narkotik qəbul edir. Onların məqsədi məni surroqat ana kimi istifadə etməkdir.Kişi uşağımı satmaq istəyir. Xahiş edirəm mənə kömək edin. Mənim bütün paltarlarımı da yandırıb “.