Azərbaycanın yeniyetmə boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyini 4 medalla başa vurub.
Boks Federasiyasından “Report”a verilən məlumata görə, komanda yarışın son günündə 2 medal qazanıb.
Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (+80 kq) gümüş mükafata yiyələliblər.
Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib