Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,4 milyard ABŞ dollarından çox olub.
AZƏRTAC İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu ilin ilk doqquz ayında Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının dəyəri 2 milyard 434,32 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dollarına bərabər olub.