Azərbaycan Kuboku: işğaldan azad edilmiş ərazilərdə 30 ildən sonra ilk oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

 

“Report”un məlumatına görə, son gündə iki oyun keçiriləcək.

 

Günün ilk görüşü tarixi hadisənin yaşanması ilə əlamətdar olacaq. Çünki “Qarabağ” – MOİK görüşü Xankəndidə təşkil olunacaq. Ağdam təmsilçisi ilə “hərbçilər”in dueli işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq. Axırıncı dəfə 1993-cu ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. “Qarabağ” – MOİK görüşünün qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.

 

1/8 mərhələsinin son qarşılaşması Bakıda oynanılacaq. “Neftçi” I Liqanın lideri “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. “Neftçi Arena”da baş tutacaq görüşü Kamran Əliyev idarə edəcək. Bu cütdən qalib ayrılacaq komanda növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

 

Qeyd edək ki, mərhələnin əvvəlki matçlarından sonra 1/4 finalda iki cütlük müəyyənləşib. Yarımfinala vəsiqə uğrunda “Səbail” “Zirə” ilə, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

 

Azərbaycan Kuboku

1/8 final

21 dekabr

 

14:00. “Qarabağ” – MOİK

 

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

“Neftçi Arena”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?