Azərbaycan AŞPA-da əleyhimizə səs verən ölkələr ilə əməkdaşlığı DAYANDIRIR? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib. Qətnamə bu gün 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib. Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa , İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya olub. Azərbaycan əleyhinə səs verən ölkələr sırasında olan Böyük Britaniya xüsusi diqqət çəkir. Bu baxımdan rəsmi Bakının fəaliyyət istiqaməti necə olacaq? Sözügedən ölkələr ilə əməkdaşlıq dayandırılacaq?

Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a bildirib ki, AŞPA-da Azərbaycan əleyhinə verilən qərar ədalətsiz və haqsız bir qərar idi. Ümumiyyətlə rəsmi Bakı AŞPA-ya üzv olduğu vaxtdan bu günə qədər qurumdan heç bir addım görməyib:

“Xüsusilə 30 illik işğal dövründə Ermənistanın torpaqlarımızı işğal etməsi və qanunsuz istismarı, ekoloji və mədəni terroruna Susan AŞPA bu günə qədər ciddi qətnamə qəbul etməyib. Bəzi mənasız və boş qərarları çıxmaq şərtilə Ermənistanın işğal prosesindən yayındıracaq bir fəaliyyət çərçivəsində olmayib. Prinsip etibarilə 44 günlük müharibə və lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan Qarabağ münaqişəsini həll etdi. Azərbaycan AŞPA-ya üzvlüyü də böyük ölçüdə Qarabağın işğal prosesinin sonlandırılması və tarixi ədalətin bərpa edilməsi ilə bağlı idi. Amma AŞPA ciddi bir addım atmadı. Azərbaycan özü tək başına və gücü ilə yekunlaşdırmış oldu. Belə olan təqdirdə Azərbaycan AŞPA-da qalması və bu qurum ilə yollarının davam etdirməsinin xüsusi bir səbəbi yox idi. Amma bununla belə biz AŞPA-dan son zamanlar ədalətsiz qərarların şahidi olurduq. İnsan haqlarına dair verilən mənasız və boş bəyanatlar, qərarlar faktiki olaraq rəsmi Bakının da səbr kasasını daşırdı”.

Politoloq qeyd edib ki, Azərbaycan əleyhinə verilən qərarda iştirak edən ölkələrə gəldikdə isə burada onların xüsusi bir çəkisi yoxdur:

“Verilən qərarda iştirak edən ölkələrin rəsmi Bakı ilə münasibətlərin pozub yaxud pozmayacagı ciddi sual altındadır. Burada Böyük Britaniyanı nəzərə aldıqda iki ölkə arasında münasibətlər çox yaxşıdır. AŞPA-da verilən bu qərara görə münasibətlərimizi korlayası deyilik. Azərbaycanın Böyük Britaniya ilə iqtisadi-siyasi və diplomatik sahədə çox böyük əlaqələri var. Beynəlxalq müstəvidə Böyük Britaniya bizim dəstəkləyən ölkələrdən biri olub. Yəni əgər müqayisəyə qoysaq, AŞPA-dakı qərarla Böyük Britaniya BMT Təhlükəsizlik şurasında Azərbaycan əleyhinə Fransanın qəbul etməyə çalışdığı qətnaməyə veto hüququndan istifadə edən ölkələrdən oldu. Böyük Britaniya ilə bu baxımdan xüsusi heç bir problemimiz yoxdur. Bu baxımdan hər müstəvidə bizim bərabərlik sərgiləyəcəyik deyə bir məsələ də yoxdur. Ölkələrin milli maraqları fərqli ola bilər”.

Turan Rzayev AŞPA da verilən qərarın Böyük Britaniya yaxud digər ölkələr ilə münasibətlərimizə təsir edəcəyini düşünmür:

“Onsuz bizim bu quruma ehtiyacımız yoxdur. Qurumun sərgilədiyi mövqe ilə biz buranı tərk etməyi düşünürdük. Sadəcə bu məsələ ciddi olduğu üçün Azərbaycan tərəfidə faktiki olaraq bu qərarı verməli oldu. Bundan başqa Azərbaycanın AŞPA-dakı nümayəndələri fəaliyyətlərini qeyri-müddətə dayandırdıqlarını bildirdi. Bu da yerində və doğru bir qərardır. Faktiki olaraq Azərbaycan əleyhinə qərarlar qəbul edən və maraqlarını təmin etməyn, ermənipərəst, islamofobiya və Azərbaycanofobiya siyasəti yeridən qurumda rəsmi Bakının təmsil olunması qəbuledilməz idi. Bu baxımdan nümayəndələrimizin fəaliyyətini dayandırması doğru qərardır”.

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?