Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əlaqələr gücləndiriləcək

By Admin Eyl15,2023

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əlaqələr gücləndiriləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş zamanı bildirilib.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib ki, bu gün Azərbaycan-Türkiyə arasında sarsılmaz dostluq münasibətləri bütün istiqamətlərdə uğurla inkişaf edir. İki ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq münasibətlərinin xüsusi rolu var.

Eyni zamanda Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu və birgə fəaliyyət nəticəsində mövcud əlaqələrin daha da gücləndiriləcəyi vurğulanıb.

B.Şahin ikitərəfli əlaqələri yüksək qiymətləndirərək bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?