Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçular açıqlanıb.
“Report” xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) çempionatda transfer dəyəri ən yüksək olan 10 oyunçu müəyyənləşdirib.
Siyahının ilk dörd pilləsində “Qarabağ”ın üzvləri qərarlaşıblar. Ümumiyyətlə, 10 futbolçudan 6-sı Ağdam təmsilçisinin formasını geyinir.
Premyer Liqanın ən dəyərli futbolçusu Leandro Andrade hesab olunub. Kabo-Verde millisinin yarımmüdafiəçisinin transfer qiyməti 3,3 milyon avroya bərabər göstərilib.
1. Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro
2. Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon
3. Juninyo (“Qarabağ”) – 2,2 milyon
4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon
5. Kahim Parris (“Sabah”) – 1,3 milyon
6. Suleyman Alluş (“Səbail”) – 1,2 milyon
7. Marko Yankoviç (“Qarabağ”) – 1 milyon
8. Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min
9-10. Salifu Suma (“Zirə”) – 800 min
9-10. Julio Romao (“Qarabağ”) – 800 min