Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür

Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür.

 

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı “Azərkosmos” QSC-nin idarə heyətinin sədri Saməddin Əsədov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan son 10 ildə kosmosa 600 milyon dollar investisiya qoyub.

 

Sədr qeyd edib ki, bu gün İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə bağlı bağlanan müqavilə ilə yanaşı, Azərbaycan hökuməti kosmos proqramını davam etdirəcək.

 

“Gələcəkdə bölgədə xidmət sferasını genişləndirmək üçün telekommunikasiya peyki buraxmağı düşünürük. 2030-cu ildə Aya və Marsa missiya göndərməklə bağlı düşünəcəyik”, – Saməddin Əsədov vurğulayıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?