Alimlər “Ay”ın ən azı 4,46 milyard yaşı olduğunu müəyyən ediblər.
Sonxeber.az xəbər verir ki, araşdırmanın nəticələri “Geochemical Perspectives Letters” jurnalında dərc olunub.
Alimlər 1972-ci ildə Apollon 17 missiyası zamanı tapılan Ay süxurunun nümunəsini atom zond tomoqrafiyasından istifadə edərək araşdırıblar. Onlar ayın dərinliklərində tapılan sirkon mineralını tədqiq edib, atomların üçölçülü xəritəsini qurublar. Alimlər kristalın strukturunu təhlil edərək, Yerin peykinin yaşını müəyyən edə biliblər.
Nəşrin məlumatına görə, alimlər bu nəticələri hələ 2021-ci ildə əldə ediblər, lakin elmi ictimaiyyətdə tənqidlə üzləşiblər. Bundan sonra onlar daha nazik ion zondundan istifadə etməklə araşdırma aparıblar və nəticəni təsdiqləyiblər – Ayın yaşı ən azı 4,46 milyard ildir./Lent.az