Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya – Türkiyə matçında üçüncü qol vurulub.
“Report” xəbər verir ki,
Türkiyə yığmasının üzvü Cenk Tosun 90+4-cü dəqiqədə komandasını hesabda önə keçirib – 2:1.
51-ci dəqiqədə isə Hakan Çalhanoğlu fərqlənib.
Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib – 1:1.
Gürcüstan – Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya – Türkiyə matçında hesab bərabərləşib.
“Report” xəbər verir ki, Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib – 1:1.
Türkiyə yığmasından 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.
Gürcüstan yığması 2:0 hesabı ilə öndədir. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Gürrcüstan – Portuqaliya matçında ikinci qol vurulub.
“Report” xəbər verir ki, Gürcüstan millisinin üzvü Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.
Digər qolu isə Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısından keçirib.
Çexiya – Türkiyə görüşündə Türkiyə millisi hesabda 1:0 öndədir. 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya – Türkiyə matçında hesab açılıb.
“Report” xəbər verir ki, Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçib.
Gürcüstan yığması isə üstünlüyünü qoruyub saxlayır – 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya – Türkiyə və Gürcüstan – Portuqaliya matçlarında ikinci hissə başlayıb.
“Report”un məlumatına görə, Çexiya – Türkiyə matçında hələlik qol vurulmayıb.
Gürcüstan yığması isə hesabda öndədir – 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya – Türkiyə və Gürcüstan – Portuqaliya matçlarında ilk hissə başa çatıb.
“Report”un məlumatına görə, Çexiya – Türkiyə matçında qol vurulmayıb.
Gürcüstan yığması isə hesabda öndədir – 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
Çexiya millisi Almaniyada təşkil olunan Avropa çempionatında F qrupunun III turunun Türkiyə ilə matçında azlıqda qalıb.
“Report”un məlumatına görə, 20-ci dəqiqədə Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.
Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun Gürcüstan – Portuqaliya oyununda hesab açılıb.
“Report”un məlumatına görə, 2-ci dəqiqədə gürcüstanlı Xviça Kvaratsxeliya
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında F qrupunun III turunun Çexiya – Türkiyə və Gürcüstan – Portuqaliya matçlarına start verilib.
“Report” xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion”da və Helzenkirhendəki “Feltins Arena”da keçirilir.
Çexiya – Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan – Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.
Hər iki qarşılşama 23:00-da başlayıb.