Oktyabrın 24-ü Cəlilabadda Mirxaqani Əhmədovu bıçaqlayaraq öldürən şəxs saxlanılıb.
Sonxeber.az DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bildirilir ki, M.Əhmədov bir neçə il əvvəl münaqişə zəminində Böyükxanın atası, rayonda “Məşədi Elçin” adı ilə tanınan şəxsə ağır xəsarət yetirib. Həmin vaxt həbs edilən şəxs 6 il sonra yenicə azadlığa çıxıbmış. Atasını vuran şəxsin həbsdən çıxdığını öyrənən Böyükxan onu izləyərək gecə saatlarında Cəlilabad şəhəri ərazisində qəfil hücum etməklə qətlə yetirib. Hadisə anbaan kameraya düşüb.