Atasını döyən şəxsi qətlə yetirən gənc tutuldu

Oktyabrın 24-ü Cəlilabadda Mirxaqani Əhmədovu bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Sonxeber.az DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bildirilir ki, M.Əhmədov bir neçə il əvvəl münaqişə zəminində Böyükxanın atası, rayonda “Məşədi Elçin” adı ilə tanınan şəxsə ağır xəsarət yetirib. Həmin vaxt həbs edilən şəxs 6 il sonra yenicə azadlığa çıxıbmış. Atasını vuran şəxsin həbsdən çıxdığını öyrənən Böyükxan onu izləyərək gecə saatlarında Cəlilabad şəhəri ərazisində qəfil hücum etməklə qətlə yetirib. Hadisə anbaan kameraya düşüb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?