Argentinanın yeni Prezidenti Xavyer Miley dövlət qulluqçularının kütləvi şəkildə vəzifədən azad edilməsi prosesinə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, dövlət başçısı 2023-cü il yanvarın 1-dən işə qəbul edilən 23 min hökumət qulluqçusunu vəzifəsindən azad edib.
Dekabrın 21-də X.Miley Argentina iqtisadiyyatını liberallaşdırmaq üçün 300 islahat təqdim edən fərman imzalayıb.