Araik əlini İrəvandan üzüb, son güllələrini atır – Şərh

Separatçıların lideri Araik Arutyunyan İkinci Qarabağ müharibəsindən sonra “vəzifəsindən” istefa verib bölgəni tərk etməyə hazırlaşırdı. Ancaq Ermənistan və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona “izah” etdilər ki, indi “istefa” verməsin, çünki bununla durum daha çox Azərbaycanın xeyrinə dəyişəcək.

Axar.az xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib.

“Üstündən 3 ilə yaxın müddət keçib, Araik Arutyunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu, mümkün də deyil, halqa onun üçün daralmaqdadır. Arutyunyan qaçmaq istəsə, Qarabağı ancaq Rusiya helikopterində tərk edə bilər. Onun Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərmək istəməsi son güllələridir. Ermənistandan əli üzülən Arutyunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir. Bunun qarşısını isə diplomatik kanallarla Bakı və Ankara almalıdır”, – politoloq bildirib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?