Aprel döyüşlərində şəhid olan 18 dost…
Beş günlük əks-həmlə əməliyyatından saatlar əvvəl çəkilən video ilə yaddaşlarda qalaraq tarix yazdılar.
Onlardan birinin valideyni, şəhid Rəşad Niftalıyevin atası Şakir Niftalıyev deyir ki, 44 günlük qələbənin özəyi Aprel döyüşləridir:
“Rəşad məzuniyyətini anasının ad gününə saxlayırdı. May ayının 18-i anasının doğum günü olacaqdı. Süpriz etmək istəyirdi. Əcəl imkan vermədi. Elə oldu ki, Rəşadın 40-cı günü anasının ad gününə düşdü”.