Ankarada Anarın 85 illiyi keçirilib

#ŞOU-BİZNES

Görkəmli Azərbaycan yazıçısı Anar Rzayevin anadan olmasının 85 illiyi Ankarada, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-da təntənəli şəkildə qeyd olunub.

“Report”un Ankara bürosunun məlumatına görə, tədbir TÜRKSOY, Azərbaycanın Ankaradakı səfirliyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Türk Ədəbiyyatı Vəqfinin (TƏV) birgə təşkilatçılığı ilə keçirilib.

“Anar 85 yaşında” adlı tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, AYB-nin sədri Anar Rzayev, Azərbaycan səfirliyinin müşaviri Eldar Əliyev, TƏV-in sədri Serhat Kabakçı və çox sayda ədəbiyyatsevərlər iştirak edib.

TÜRKSOY-un Baş katibi Sultan Raev Anarın hekayə, roman, ssenari kimi bir çox janrlarda yazan, türk dünyasında tanınmış yazıçı olduğunu bildirib, türk ədəbiyyatının önəmli adı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edib: “Türk dilinin əsrlər boyu yaşadılmasında şifahi və yazılı zəngin ədəbiyyatımızla yanaşı, bunların daşıyıcıları olan şair, yazıçı və ədəbiyyat adamlarının da böyük rolu olub. Yazıçı Anar da əsərləri Azərbaycanda sevildiyi qədər qardaş türk xalqlarının dilinə və bir çox başqa dillərə tərcümə edilərək türk mədəniyyətinin zəngin ədəbiyyatına töhfələr verib. Anar türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovdan götürdüyü ədəbi bayrağı daşımağa layiqdir”.

Azərbaycan səfirliyinin müşaviri Eldar Əliyev Anar Rzayevin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.

Yazıçı Anar ona və xidmətlərinə verilən dəyərə görə təşəkkürünü bildirib.

Mərasimin bədii hissəsi solistlər Aynaz Rəhimzadə, Elçin Hətəmli (tar) və Areş Nəzəri (nağara) triosunun ifaları ilə müşayiət olunub. Anar Rzayevin anası Nigar Rəfibəyli və atası Rəsul Rzanın şeirlərinə bəstələnmiş mahnılar, həmçinin Azərbaycanın məşhur mahnıları səslənib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?