Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları Anım Günü ərəfəsində Baş Qafqaz silsiləsində Azərbaycanın ikinci ən hündür zirvəsi olan “Zəfər zirvəsi”nə kollektiv yürüş ediblər.
Agentliyin rəhbər heyəti və əməkdaşlarından ibarət 32 nəfərin iştirak etdiyi yürüş bələdçilərin müşayiəti ilə əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun, təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib.
Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları əvvəlcə düşərgədə gecələyib. Daha sonra dəniz səviyyəsindən 4301 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq I Qarabağ şəhidi Rizvan Baxşiyevin timsalında bütün şəhidlərin xatirəsini yad ediblər.
Yürüş iştirakçıları arasında şəhid Rizvan Baxşiyevin oğlu, agentliyin əməkdaşı Xamid Baxşiyev də olub.
Qeyd edək ki, Bazardüzü zirvəsindən şərqdə yerləşən adsız yüksəkliyə Vətən müharibə