Andrey Lunyovun meneceri “Qarabağ”ın qələbəsini avrokuboklarda həftənin ən böyük sensasiyası adlandırıb

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov komandanın UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” üzərində Portuqaliyada qazandığı 4:2 hesablı qələbəni avrokuboklarda həftənin ən böyük sensasiyası adlandırıb.

 

“Report” xəbər verir ki, agent bu münasibətlə Azərbaycan çempionunu təbrik edib.

 

O, arxayınlaşmağın komandaya ziyan vuracağını düşünür: “Çünki hər şeyin həll olunacağı cavab matçı var. Yenə də bütün futbol dünyası belə nəticə gözləmirdi. Düşünürəm ki, bu, avrokuboklarda həftənin ən böyük sensasiyasıdır”.

 

Anton Smirnovun fikrincə, “Qarabağ” ikinci hissədə daha yaxşı oyun sərgiləyib: “Qarabağ” xüsusilə ikinci hissədə heyranedici oyun nümayiş etdirdi. Əks-hücumlarda nümunəvi oyun göstərdi. Matç boyu “Braqa”ya yüz faizlik qol şansı yaratmaq imkanı vermədilər. Buraxılan ilk qol epizodunda özlərinin günahı oldu. Cərimə meydançasında iki zərbəyə imkan verdilər. Avropanın ilk “6-lığ”ında qərarlaşan çempionatda dördüncü pillədə yer alan komanda ilə səfərdə belə qarşılaşma “Qarabağ”ın səviyyəsinin göstəricisidir”.

 

Menecer müştərisinin çıxışına da qiymət verib: “İlk hissədə Andrey bir az əsəbiləşdi və bəzi səhvlərə yol verdi. Ancaq ikinci hissədə toparlandı. Düzgün kökləndi və əsəbilik getdi. Tamamilə qüsursuz oynadı. Nəticədə komandada ən yüksək qiymətlərdən birini aldı”.

 

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?