Amerikalı həkimlər dünyada ilk dəfə tam göz transplantasiyasını həyata keçiriblər

Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Amerikalı həkimlər dünyada ilk dəfə tam göz transplantasiyasını həyata keçiriblər

10.11.2023 [08:06]

A+ A-

Amerikalı həkimlər dünyada ilk dəfə tam göz transplantasiyasını həyata keçiriblər

Bakı, 10 noyabr, AZƏRTAC

 

ABŞ-da həkimlər dünyada ilk dəfə tam göz transplantasiyasını həyata keçiriblər.

 

AZƏRTAC xəbər verir ki, bu barədə Nyu-Yorkun Langone Universitetinin (NYULH) saytında məlumat yayılıb.

 

“NYULH-dan olan cərrahlar qrupu iş zamanı yüksək gərginlikli elektrik cərəyanı zədəsi alan Arkanzasdan olan 46 yaşlı hərbi veteran üzərində dünyada ilk tam göz və qismən üz transplantasiyası əməliyyatını həyata keçirib”, – deyə bildirilib.

 

Mayın 27-də keçirilən əməliyyatda 140-dan çox cərrah və tibb bacısı iştirak edib. Köçürülən göz bu müddət ərzində “sağalma əlamətləri” göstərib, lakin xəstənin onunla görə biləcəyi hələ məlum deyil. Kişinin, həmçinin sol qolunun, yanağının, çənəsinin, burnunun, dodaqlarının və ön dişlərinin bir hissəsini itirdiyi bildirilir.

 

Məlumatda qeyd olunub ki, bu, dünyada yeganə uğurlu kombinə edilmiş transplantasiyadır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?