Alman texnalogiyası yoxsa canlı qüvvə. Prezidenti niyə aldadırlar!!!

 

Qaradağ rayon Mənzil,Komunal Təsərüfat Birliyinin işçiləri həftənin bazar günü qeyri iş günündə qarlı və soyuq havada əllərində süpürgə və ,,lapatka” ilə küçələrdə, yol kənarlarında, səkilərdə qar təmizləyirlər. Bəs cənab prezidentə məruzə zamanı niyə məruzə edirlər ki,biz Alman istehsalı olan texnikalar almışıq və qarlı hava şəraitində istənilən tədbir görəcək gücümüz var. Məyər Alman istehsalı olan texnika yaşlı ,,SÜPÜRGƏÇİ” qadınların əlindəki süpürgə və beldən ibarətdi??? Niyə soyuq, qarlı şaxtalı havada SÜPÜRGƏÇİ qadınlar əllərində süpürgə və bel kürəklə saatlatlarla Bakı küçələrində ac susuz saxlanılır qar kürüyürlər? Bizim qanunvericilik bunumu tələb edir. Bəs onların sağlamlığı və həyat təhlükəsizliyi üçün hansı tədbirlər görülür.

Qaradağ rayon İcra Hakimiyyəti Süleyman Mikayılov və Mənzil Komunal Təsərüfat Birliyinin rəisi Namizəd İsmayılov niyə bu işçilərin həyatını və sağlamlığını təhlükəyə ataraq qeyri iş günündə onları bu şəraitdə işlədirlər. Tək Qaradağ rayonu deyil. Bakının Xətai rayonunda, Neapol dairəsində, Əhmədlidə, Nəsimi rayonunda, mərkəzi küçələrdə eyni hall müşahidə edirik. Rəislər, texniklər müavinlər ya isti otaqlarında ya da isti avtomobillərində əykəşərək ancaq əmr verməyi bacarırlar. Bir sözlə ortalıqda əli cibində gəzib dövlətdən havayı maiş alanların əlində bu günlərdə nə SÜPÜRGƏ gördük nə də LAPATKA!!! Mənzil Komunal Təsərüfat Birliyinin rəisləri işçilərin həyatın heçə sayır.

Hər zamankı kimi qarşı tərəfi dinləyib dərc etməyə hazırıq.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?