Ağdaş Rayon Mərkəzi Xəstəxanasının uğurlu fəaliyyətləri

Bu haqqda Vətəndaş Məmmədov Vüqar İzzət oğlu Xia.az-a danışıb. O bildirib ki, bir müddət əvvəl ağır yol qəzasına düşən həyat yoldaşı bir neçə ağır travmalarla (boyun sınığı, sağ bud hissəsində açıq qırıq) Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Direktor İntiqam İbrahimovun göstərişi ilə dərhal yaralı şəxs əməlliyat olunub. Cərrah İdris Əliyevin etdiyi əməliyyat uğurla nəticələnib. Hal Hazırda ev şəraitində müalicəsi davam etdirilir. Daha sonra özü ağır şok keçirən Vüqar Məmmədov həmin xəstəxanaya üz tutub. Ciyər pnevmaniyasından və tromplardan müalicə alıb. Həkimlərin və digər tibb işçilərinin göstərdiyi diqqət və qayğı haqqında nə qədər xoş söz desəmdə yenədə az olar deyə Vuqar Məmmədov bildirib. Sonda isə başda direktor İbrahimov İntiqam olmaqla anestezioloq-reanimatoloq Mesimov Nizaməddin, həkim travmotoloq Əliyev İdris, Təcili Yardım şöbəsinin müdiri Paşayev Bəxtiyar və o cümlədən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının bütün kollektivinə dərin təşəkkürünü bildirib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?