Ağdamda yaralanan şəxs: “Sürdüyüm traktoru ermənilər top mərmisi ilə atəşə tutdular”

“Ağdam şəhərində bərpa işləri aparan şirkətdə çalışıram. Ötən gün ermənilər işlədiyim texnikanı top mərmisiylə atəşə tutdular. Nəticədə qəlpə yaraları aldım”.

 

Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında ötən gün Ermənistanın terroru nəticəsində yaralanan Ağdam rayonunun Baş Qərvənd kəndinin sakini Mehman Həsənov bildirib.

 

“Bir müddətdir ki, işğaldan azad edilmiş Ağdam şəhərində quruculuq işləri ilə məşğul olurdum. Ötən gün çalışan zaman qəfildən traktorun silkələnməsini hiss etdim. Texnikanı saxladım və aşağı düşmək istəyən zaman ayağımda uyuşma hiss etdim”, – o qeyd edib.

 

M.Həsənov traktordan yerə düşdükdən sonra belə, ermənilərin atəşi davam etdirdiyini bildirib: “Qolumdan da yaralandım və daha sonra nələrin baş verdiyindən xəbərim olmadı”.

 

Qeyd edək ki, M.Həsənov son üç gün ərzində Ermənistanın dinc sakinlərimizə qarşı törətdiyi terror aktının qurbanı olan şəxslərdən biridir. O, Ağdam Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?