AĞCABƏDİDƏ RABİTƏ KABELLƏRİNİ OĞURLAYAN ŞƏXS SAXLANILIB

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan onlinexeber.com-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4000 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir – FOTOLAR 

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?