“TikTok” kimi mobil proqramların yaratdığı milli təhlükəsizlik təhdidlərinə qarşı hüquqi alətlər yaratmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Gina Raimondo Senatda keçirilən dinləmələrdə deyib.
Qeyd edib ki, Çin sosial şəbəkəsi ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. “Mənə tez-tez “TikTok”a qadağa qoymaqla bağlı sual ünvanlayırlar. Amma problem daha böyükdür və təkcə “TikTok”a aid deyil. Bizə hərtərəfli yeniləmə planına ehtiyacımız var. Bu gün təhdidlər 10 il əvvəlkindən fərqlidir. Ona görə də düzgün iş qanunlarla dəstəklənən alətlər dəsti yaratmaq və təhlükə yaradan bu bir-biri ilə əlaqəli tətbiqlərə hərtərəfli yanaşma hazırlamaqdır”, – deyə nazir bildirib.
ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Çin “TikTok” vasitəsilə ameri