“Rusiya sonda Ukraynanın bərpası üçün təzminat ödəməli olacaq”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna ordusunun yenidən qurulmasına kömək edəcək.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.