“İranın Azərbaycan istiqamətində hərbi gərginliyi artırması öz daxilindəki azərbaycanlıların ciddi narazılığına səbəb ola bilər” – AÇIQLAMA
“İranın müharibə şəraitində olduğu bir dövrdə Naxçıvana hava hücumu xarakterli addımlar atması təsadüfi və ya yalnız taktiki qərar kimi qiymətləndirilə bilməz. Bu, daha çox daxili siyasi və hərbi böhran yaşayan rejimlərin diqqəti ölkə daxilindəki problemlərdən yayındırmaq üçün istifadə etdiyi klassik geosiyasi manevrlərdən biri kimi görünür” – bu fikirləri Sonxeber.az -a açıqlama verən “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib:
“Hazırkı mərhələdə Iran həm xarici təzyiqlərlə, həm də daxildə artan narazılıq dalğası ilə üz-üzədir. ABŞ və İsraillə gərgin qarşıdurma, eyni zamanda ölkə daxilində sosial və siyasi narazılıqlar İran hakimiyyətinin dayanıqlığını ciddi şəkildə sarsıdan amillər sırasındadır. Belə bir şəraitdə Tehran rəhbərliyinin aqressiv addımlar ataraq regional gərginliyi artırması ehtimalı artır.