Bakıda işbazlar vətəndaşları incidir? Nəticədə əhali etiraza qalxdıBakıda azadlıq prospekti 172-nin sakinləri onların yaşadığı məhəllədə “PİNK HOUSE” adlanan restoranın onların həyatını cəhənnəmə çevirdiyini bildirir.Ətrafda daim tüstü,gecə yarısınadək, yüksək tonda musiqi,daim yüksək səslə eşidilən söyüş,nalayiq ifadələr artıq bizi bezdirib.Dəfələrlə əlaqədar qurumları məlumatlandırıb, tədbir görülməsini xahiş etmişik ancaq heç bir tədbir görülməyib, əksinə restoran rəhbərliyi bir az da azğınlaşıb.Bu günlərdə restoran rəhbərliyi bir az da irəli gedərək əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkı zəbt etməyə girişmişdi və əhalinin sərt müdaxiləsi ilə bu məsələ dayandırıldı.Restoran rəhbərliyi, əlaqədar “jek, yaşıllaşdırma” idarələri ilə razılaşıb parklardakı ağacları qurutmağa girişiblər.Belə ki, onlar ağacların sulanmasına imkan vermir və onların dibinə dərman tökərək onları məhv edirlər.Biz Fövqəladə hallar nazirliyi, Ekologiya və təbii sərvətlər nazirliyi,Qida təhlükəsizlik və sair qurumlardan xahiş edirik ki, təcili şəkildə bu işə müdaxilə etsinlər.
Redaksiyadan: Faktla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Həmin ərazidə çəkilmiş video və foto şəkilləri geniş oxucu kütləsinə təqdim edirik.
Şimal Region YouTube