GƏNCƏ ŞİH – DƏN AÇIQLAMA

Bir neçə gündür Gəncə Şəhərindən olan vətəndaş şikayətlərini qeyd edirik. Gəncə Şəhər İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, Gəncə Şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən 10 nömrəli yataqxana binasının 39 saylı mənzilinin pəncərəsində təmir işlərinin aparılması mümkün olmadığından, ölçüləri götürülərək yeni pəncərə sifariş olunmuşdur. Yaxın günlərdə Gəncə Şəhər MKTİB-in müvafiq şöbəsi tərəfindən sözügedən mənzilə yeni pəncərə quraşdırılacaqdır.

Gəncə Şəhər MKTİB-in müvafiq şöbəsinin əməkdaşı tərəfindən qeyd olunan ünvanda görülən işlərlə bağlı İB-in rəhbərliyinə məlumat hazırlayan iş icraçısı səhvən pəncərənin də təmir edildiyini qeyd etmiş, o məlumat əsasında da vətəndaşa cavab ünvanlanmışdır.

İşində yol verdiyi nöqsana görə iş İcraçısı barədə qanunanüvafiq tədbir görülmüşdür.

Qeyd edək ki, Gəncə Şəhər MKTİB-in balansında olan 10 nömrəli yataqxana binası qəzalı vəziyətdə olduğundan, cari ilin sonunadək burada yaşayan sakinlərin yeni inşa edilmiş binaya köçürülməsi planlaşdırılr.

 

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?