GƏNCƏDƏ QƏBİRİSTANLIQ RƏZALƏT GÜNDƏDİR

 

Bir neçə gündür Gəncə şəhərindən daxil olan vətəndaş şikayətlərini məmur özbaşınalığını, ard arda oxucularımıza təqdim edirik. Bu gün isə “whatsApp” nömrəmizə daha bir şikayət daxil olub. Belə ki, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan bəzi məmurların, vətəndaşlarla yanaşı məzarda yatanlara da rahatlıq vermədiyinin şahidi olduq. Belə ki vətəndaşın bizə çəkib göndərdiyi videodan da açıq aşkar görünür ki, qəbiristanlıq ot alaq və zibillik içində itib batır. Çox biabırçı hal ondan ibarətdir ki, bu acınacaqlı vəziyyətə öz iradını bildirən Vətəndaşa deyiblər ki, “fəhlə tap pulunu ver təmizləsin” Bəs maraqlıdır görəsən
Gəncə şəhər Nizami Bələdiyyəsi qəbiristanlıqdakı bu rəzaləti görmür? Yoxsa görüb görməməzlikdən gəlir? Olsun elin gözü tərəzidir biz göstərdik. Video kadırlardan belə məlum olur ki, qəbiristanlığa ümumiyyətlə diqqət yetirən yoxdur. Görünür ki, əraziyə cavabdeh olan qurumların fikirləri sadəcə dövlətdən havayı maaş alaraq özlərinə və övladlarına dəbdəbəli şərait yaratmaqdır. Göründüyü kimi bəzi məmurlar tutduqları vəzifənin öhtəsindən gələ bilmirlər. Məmur xalqın xidmətçisidir deyə prezident İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq etsədə lakin bu gündə ölkə başçısının bu fikirlərini saya saymayan və alt üst edən məmurlar var.. Bəs maraqlıdır görəsən vəzifəsinin öhtəsindən gələ bilməyən məmurlar kimə və nəyə arxayındılar. Məntiqlə belə nəticə hasil olur ki, belə məmurlar vətəndaşların iqdidara qarşı olan sevgisini yox etməyə çalışırlar. Hələ utanmadan vətəndaşa deyirlər ki, “PUL VER TƏMİZLƏSİNLƏR” Mövzunu diqqətdə saxlayacayıq. Qarşı tərəflndə mövqeyini dərc etməyə hazırıq.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?