COP 29 za ev sahibliyi edən Azərbaycanda Ekoloji fəlakət hökm sürür
Gəncə şəhər MKTİB nin yarıtmaz fəaliyyəti ilə əlaqədar sizlərə bir neçə video matirial təqdim etmişdik. Lakin buna baxmayaraq Nurəhməd Əhmədov öz ampulasındadır. Maraqlıdır görəsən Nurəhməd cənabları bu qədər gücü kimdən və kimlərdən alır ki, heç nəyə əhəmiyyət vermir. Gəncə şəhərindən bu gün kanalımıza kərpic zavod ərazisindən daha bir antisanitar şərait haqqında video çəkliş göndərilib. Çəklişdən də açıq aşkar görünür ki, ətraf sanki zibillik poliqonudur. Nəzəra alsaq ki, isti yay aylarında ərazidə zibilliyin bu çür qalaqlanması, o cümlədən vaxtı vaxtında götürülməməsi həm sahibsiz itlərin cəmləşməsinə, həm də üfunət qoxusunun ətrafa yayılmasına səbəb olur. Bu halın varlığı həm də xəstəlik mənbəyidir. Bu bir daha Gəncə şəhər MKTİB nin rəisi Nurəhməd Əhmədovun vəzifəsinin öhtəsindən gələ bilməməsinin əyani sübutudur. Görünür ki, Nurəhməd Əhmədov yalnız gözdən pərdə asmaq üçün şəhərin mərkəz hissələrində təmizlik işini həyata keçirir. Umid edirik ki, Təqdim etdiyimiz bu faktlara adiyyəti qurumlar biganə qalmayacaq və bu barədə qanuna müfaviq qaydada tədbir görəcəklər. Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacayıq.