Gəncə şəhər Mənzil komunal təsərrüfat istehsalat birliyinin rəisinin “B planı”
Heç kimə sirr deyil ki, ölkə başçısı İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib ki, hər bir məmur xalqın xidmətçisidir və hər bir məmur xalqına, dövlətinə vicdanla xidmət etməlidir. Təəssüflər olsun ki, bəzi məmurlar ölkə başçısının səsləndirdiyi bu və digər fikirləri saya salmır hətta alt üst edir. Belə məmurlardan biridə Gəncə şəhər MKTİB- nin rəisi Nurəhməd Əhmədovdur. Belə ki, Nurəhməd Əhmədov gözdən pərda asaraq şəhərin mərkəzi ərazilərində təmizlik işləri apararaq işini bitmiş hesab edir. Xatırlayırsınısa bu yaxın günlərdə Gəncə şəhər Hacıkənd qəsəbəsində şəhidlərin plakatlarının arxasında və digər ərazilərdə zibillərin qalaqlanmasını, o cümlədən zibillərin yola tökülməsini sizlərə təqdim etmişdik. Lakin bundan nəticə çıxartmayan cənab idarə rəisi indi isə “B planına” əl atıb. Belə ki, cənab Nurəhməd Əhmədov yenədə görmədiyi işi bitmiş hesab edərək Gəncə şəhər Zərifə Əliyeva küçəsi bina 10 mənzil 39 yaşayan Məmmədova Gülnarə Aydın qızının şikayətinə əsasən rəsmi cavab məktubuna bilə bilə yalan məlumat daxil edərək bildirib ki, güya şikayətçi xanımın şikayətinə baxılıb. Yəni yaşadığı binanın dam örtüyü təmir, pəncərəsi isə bərpa olunub. Lakin şikayətçi xanım evində çəkdiyi videodan da açıq aşkar görünür ki, evin pəncərəsi olduğu kimi qalır, heç bir təmir, bərpa işləri görülməyib. Bu hal AR CM- 313 cü maddəsinə əsasən vəzifə saxtakarlığı hesab olunur.
Qeyd: yəni vəzifəli şəxs tərəfində rəsmi sənədlərə və ya informasiya resurslarına bilə bilə yalan məlumatların daxıl edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi məsuliyyət yaradır. Lakin Gəncə şəhər MKTİB-nin vətəndaş Məmmədova Gülnarə Aydın qızına ünvanladığı N: Ə/560 09 İyul 2024 cü il tarixli məktubundan açıq aşkar görünür ki, idarə rəisi Nurəhməd Əhmədov öz imzası ilə təsdiq etdiyi rəsmi sənədə bilə bilə yalan məlumat daxil edib. Bəs maraqlıdır görəsən idarə rəisini nə vadar edir ki, görülməyən işə görülmüş donun geyindirir? Məgər bir pəncərəni bərpa etmək bir idarə rəisi üçün bu qədərmi müşkül məsələdir ki, vətəndaşa yalan dolu məktub göndərir? Hörmətli oxucularımız idarə rəisi Nurəhməd Əhmədovun belə qanunsuzluğa qol qoyması bir daha onu deməyə əsas verir ki, cənab Nurəhməd Əhmədov vəzifəsinin öhtəsindən gələ bilmir. Bu halın varlığı idarənin fəaliyyətini, iş prensipini şübhə altına alır. Mövzunu diqqətdə saxlayacayıq. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq