❗❗❗
*İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir*

*Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.*

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

*Həyata keçirilən tədbirlərlə 6-12 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 9 avtomat silahı, 2 tapança, 4 tüfəng, 8 qumbara, 7 alışdırıcı, 7 süngü-bıçaq, 28 patron darağı, 602 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərinin Böyük Qaladərəsi kəndi ərazisindən isə 1 pulemyot, 1 avtomat, 1 tapança və 1 ədəd tüfəng aşkar edilərək götürülüb.*

 

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?