Salyanda ağır yol qəzası baş verib, bir ailənin 3 üzvü xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində bir ailənin üç üzvü, Neftçala rayonunun Şorkənd kənd sakinləri – 1990-cı il təvəllüdlü Göyçayeva Şahzadə Əlvan qızı, 2008-ci il təvəllüdlü Göyçayeva Fatimə Rasim qızı, 2010-cu il təvəllüdlü Göyçayev Abuzər Rasim oğlu və Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Rəşad Azər oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.