Bakıda kollecin ərazisində YANĞIN

Bakıda, Bakıxanov qəsəbəsində yerləşən Bakı Neft-Energetika Kollecində yanğın olduğu bildirilir.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq.

Nazirliyin Mətbuat Xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin həyətində 300 kvadratmetr sahədə quru ot sahəsi yanıb. Yanğın FHN qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – deyə məlumatda bildirilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?