Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Fevralın 16-sı saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

 

Milli Hidrometeorologiya Xidmətindən “Report”a bildirilib ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır.

 

Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir.

 

Göygöl, Naftalan, Şəkmir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?