Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü baş tutacaq – YENİLƏNİB

Bu ilin martında Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü baş tutacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə bildirilib.

Tərəflər, həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi məsələsinə, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialına toxunublar.

Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, eləcə də Orta Dəhliz layihəsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

16:36

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə Cənubi Qafqazdakı son durumu müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə nazirlərin görüşündən sonra keçirdikləri mətbuat konfransında H.Fidan deyib.

“Regionda ən yaxın gələcəkdə sabitliyin bərpası, konstruktiv mühitin təmin olunması barədə arzumuzu, mövqeyimizi ifadə etdik”, – o söyləyib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?