Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin axtarışı ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Sonxeber.az xəbər verir ki, ARB televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinə Rasim Xankişiyevlə bağlı yalan məlumatlar yazdıran şəxsin şəkilini göndəriblər.
Zemfira Xankişiyeva bildirib ki, veriliş qurtarandan sonra mən Rasimin şəkilini öpəndə bir şəxs mənə yaxınlaşdı:
“Dedi ki, narahat olma Rasim sağdır və tezliklə gələcək. Sonra mənə Xoşqədəm xanımla görüşmək istədiyini bildirdi. Bizimlə hətta İmişliyə də gəldi”.