Sentyabrın 1-də Milli Məclisdə keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası davam edir.
Fim az-a istinadən bildiririk ki, 70 saylı Neftçala seçki dairəsində ciddi şəkildə təşviqat kampaniyası yarışı başlayıb.
Belə ki, bu dairədən özünü şanslı namizəd sayan müxalifətçi Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlıdır. Ciddi şəkildə təşviqat kampaniyasına başlayan müxalifətçi Tənzilə Rüstəmxanlının əsas dəstəkçilərinin isə dövlət idarələrində işləyənlər olduğu bildirilir. Neftçala icra başçısı Mirhəsən Seyidovun göstərişi dövlət idarələrində işləyənlər gizli şəkildə Tənzilə Rüstəmxanlının “təbliğatı” ilə məşğuldurlar. Belə ki, bu təbliğatçılar rayon camaatı arasında dayanmadan şaiyə yayırlar ki, hakimiyyətin yuxarı dairələri Tənzilə Rüstəmxanlını dəstəkləyir və siz səs verməsəniz belə bu xanım deputat seçiləcək. Bundan başqa Tənzilə Rüstəmxanlının kəndlərdə keçirdiyi görüşlərdə yerli icra nümayəndələrinin və bələdiyyə sədrlərinin canfəşanlıq göstərdikləri müşahidə edilir. Onun posterləri Dövlət Seçki Komitəsinin təyin etdiyi yerlərdən başqa digər dövlət idarələrinin binalarınada yapşdırılır.
İddiaya görə xanım Rüstəmxanlı ona dəstək duran icra nümayəndələrinə və bələdiyyə sədrlərinə yaxşı pul paketi hədiyyə edir. Tənzilə Rüstəmxanlının bu jestini yüksək qiymətləndirən icra nümayəndələri və bələdiyyə sədrləri, həmçinin dövlət işçiləri onun həyat yoldaşı Sabir Rüstəmxanlıdan daha comərd biri olduğunu açıq şəkildə deməyə başlayıblar.
Bildirək ki, 70 saylı Neftçala seçki dairəsindən Tənzilə Rüstəmxanlının əsas rəqibi ictimai fəal Vəfa Nağıyeva sayılır.
Mövzuya qayıdacağıq.