Goranboyda Mədəniyyət işçisini Nazirdən narazı salan kimlərdir
18 illik qüsursuz fəaliyyəti ilə Goranboy Mədəniyyətini təmsil edən, Müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyevin ideologiyasını yaşadan, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının müdrik siyasətinin dəstəkçisi, İctimai-fəal Elçin Tağıyevi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən narazı salan kimlərdir?
Elçin Tağıyev bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
2006-cı ildən 2024-cü ilin iyul ayınadək Goranboy Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə işləmişəm.
Sabiq Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin hakimiyyəti dövründə maraqlar hesabına daimi işlə təmin edilməmişəm.
Mədəniyyət sahəsindəki, işimin daiməiləşməsi ilə bağlı dəfələrlə Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsi nin rəisi Pərvin Kazımovun qəbulunda olaraq köməkliyini edilməsini bildirmişəm.
01.07.2024-cü il tarixindən mənimlə bağlanmış əmək müqaviləmə xitam verilərək vəzifəmdən azad edilmişəm.
Regional idarənin rəisi Pərvin Kazımov isə bildirdi ki, həmin tarixdən mənim yenidən işimə bərpa olunmağımla bağlı Mədəniyyət Naziri Adil Kərimlinin ünvanına (razılıq məktubu) müraciət ünvanlanıb. Artıq iki aydan artıqdır ki, Nazirlik məktuba cavab vermir.
Bu gün isə məlum oldu ki, Regional İdarənin rəisi Pərvin Kazımovun mənim işimə bərpa edilməyimlə bağlı hazırladığı təqdimat (razılıq məktubu) Regional idarənin qapısından çölə çıxmayaraq idarədaxilində dəfn edilib.
Maraqlıdır bu qədər Mədəniyyət sahəsi üçün çalışan, bütün tədbirlərdə Mədəniyyət tərəfindən çıxışlar edərək Mədəniyyətin nüfuzunu ucaldan bir şəxsin haqqında yazılan təqdimat kimləri narahat edib ki, məktub Nazirliyə göndərilməkdənsə mənim xəbərim olmadan Regional İdarənin hərhansısabir otağında dəfn edilib?!
Xatırladım ki, ötən il Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Ölkədə “Heydər Əliyev” ili elan edilmişdir.
Həmin il çərçivəsində Goranboy rayonu kənd və qəsəbələrində yüksək səviyyədə silsiləli tədbirləri keçirərək sosial şəbəkələrdə ictimailəşdirən Mədəniyyət işçisi kim olmuşdur? Respublikanın 18 rayon və şəhərində Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri ilə görüşləri keçirərək anım və mövlud günlərində iştrak edib Mədəniyyət adından çıxış edən Mədəniyyət işçisi kim olmuşdur?
Üç rayonun İcra Hakimiyyətlərinin başçıları tərəfindən (Goranboy,Naftalan,Kəlbəcər) göstərdiyi xidmətlərə görə Fəxri Fərman və Təşəkkürnamə ilə təltif edilən Mədəniyyət işçisi kimdir? Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamla ölkədə fəaliyyət göstərən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri polkovnik Mehdi Mehdiyevin imzası ilə “”Vətənpərvərlik İşində Xidmətlərinə Görə” və “Vətən Naminə” Medalları ilə təltif edilən Mədəniyyət işçisi kimdir?
Bu suallar fəaliyyətimin bir qismidir.
Düşünürəm ki, bu suallara cavabı işçi ilə Nazir Adil Kerimli nin arasında narazılıq körpüsünü salmaqda rol oynayanlardır.
Mənim fəaliyyətim və xidmətlərim doğma el-obam olan Qəhrəman Goranboyuma və bütöv Azərbaycana məlumdur.
Elçin Tağıyev Ölkə Prezidenti cənab İlham Əliyevə sadiq bir fəaldır.
Bu cür sadiqliyi və nümunəvi xidmətlərimi hesab edirəm ki, Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsi qəbul etmir. Əgər qəbul etsəydilər iki aydan artıqdır ki, mənə saxta və yalan vədlər verərək Nazirliklə arada narazılıq salmazdılar.
(Ardı var)