3 yaşlı uşağı döyərək öldürüb, günlərlə buzxanada saxladı.
Sonxeber.az xarici mediaya sitinadən xəbər verir ki, hadisə Türkiyənin Gaziantep şəhərində baş verib.
Belə ki, Qaziantepdə cani 3 yaşlı Lina Nazlı Erbayın döyülərək öldürülüb. Qatil daha sonra balaca qızın cəsədi soyuducunun buzxanasında gizlədib. Ünvanda aparılan axtarış zamanı soyuducunun buzxanasında 3 yaşlı uşağın meyiti tapılıb.
Polis qısa müddət ərzində cinayətkarları saxlayıb. Hadisədən sonra saxlanılan Mehmet Aksu və Muhabbet Toz həbs edilib. 1-ci Ağır Cəza Məhkəməsində ağırlaşdırılmış ömürlük və 28 ilə qədər həbs cəzasıtələb edilib.
Dünən keçirilən məhkəmədə şübhəlilər Muhabbet Toza ağırlaşdırılmış ömürlük, sevgilisi Mehmet Aksuya 27 il həbs cəzası verilib.
Sonxeber.az