Tarixdə bu gün: 13 mart

 

  624-cü ildə bütpərəst məkkəlilərin ziyarətə gələn müsəlmanları zorla şəhərdən çıxarmaları və onların mallarını qarət etmələri nəticəsində müsəlmanlar və inancsız məkkəlilər arasında Bədr Müharibəsi baş verdi. Mədinənin 160 kilometr cənub-qərbindəki su quyuları ətrafında gedən savaşda 305 adamdan ibarət olan müsəlman döyüşçü təxminən 1000 nəfərlik düşmən ordunu məhv etdi və 13 martda müharibəni qazandılar.

 

  Sultan Süleyman Qanuninin əmrindəki Osmanlı ordusu 1552-ci ilin 13 mart tarixində paytaxt Belgradı ələ keçirərək Macarıstanı aldı.

  Günəş sisteminin yeddinci planeti olan Uran alman mənşəli İngiltərə astronomu Uilyam Gerşel tərəfindən 13 mart 1781-ci ildə kəşf edildi.

  1840-cı ilin 13 martından başlayaraq 30 il ərzində (1870) Osmanlı imperiyasındaHicri təqvimi ilə yanaşı Rumi təqvimi də işlədilməyə başlandı.

  13 mart 1940-cı ildə Sovet ordusunun Finlandiyaya hücumu ilə başlayan Qış döyüşü Finlandiyanin təslim olması və Moskva Sülh Müqaviləsi ilə sona çatdı. 

  1964-cü ilin 13 martında Türkiyə Birləşmiş Kipr Dövlətinin başçısı Makariosa nota verdi. Notada bildirilirdi: “Kiprdə rumların türklərə qarşı hücumlarına son qoyulmazsa, Türkiyə qaranti haqqlarından istifadə və adaya müdaxilə edəcək.

  2013-cü il 13 martda argentinalı kardinal Xorqe Mario Berqolio (Jorge Mario Bergoglio) katolik dünyasının 266-cı Papası seçildi.

  Berqolio 1000 illik Avropa tarixində xaricdən seçilən və Latın Amerikasından olan ilk Papa sayılır.

13 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Böyük ingilis təbiətşünası Çarlz Darvin (Charles Robert Darwin) 1809-cu ilin bu günü dünyaya gəlib.

  Darvinin təkamül nəzəriyyəsi 19-cu əsrdə təbiətşünaslıqda əsl inqilaba səbəb olub.

  Bu nəzəriyyə istər öz dövründə, istərsə də bu gün kəskin tənqid edilməkdədir. (1809-1882)

  Sovet dövrünün məhşur pedaqoqu və yazıçısı Anton Makarenko 1888-ci ilin 13 martında anadan olub.

  Pedoqoji fəaliyyətə 22 yaşında (1910) başlayan Makarenkonun “Pedoqoji poema”, “Valideynlər üçün” kitabları bütün dünyada tanınır. 

  Anton Makarenko 1930-cu ildə Azərbaycanda olub və “30-cu ilin marşı” povestində Bakı ilə bağlı xatirələrini qələmə alıb. (1888-1939)