Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var.
Onlinexeber-in əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən tutulub.
DİN-in mətbuat xidmətindən Onlinexeber-ə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bu barədə Onlinexeber-ə TƏBİB-dən bildirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.