Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı 284-ə çatıb, 2323 nəfər yaralanıb

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.

Onlinexeber xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.

O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.