“Dincəlmək lazımdır, adam nə qədər vəzifədə işləyər?” – Abel Məhərrəmov

“Mən hələ də Bakı Dövlət Universitetində işləyirəm”.

Bunu “Unikal”a açıqlamasında BDU-nun sabiq rektoru Abel Məhərrəmov deyib.

“Hazırda BDU-da kafedra müdiri vəzifəsini tuturam. Kafedrada 40-dan çox əməkdaş var. Yazırıq, pozuruq. Bir sözlə, məşğuliyyətimiz var. Heç bir narahatlığım yoxdur. Hər şey qaydasındadır.

 

Mən 20 il Bakı Dövlət Universitetinin rektoru, 10 il dekanı olmuşam. Adam nə qədər vəzifədə işləyər? Bir az da dincəlmək lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, 73 yaşlı Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru, 2005-2015-ci illərdə isə Milli Məclisin deputatı olub.