Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Səfirliyin mühafizəçisi Orxan Əsgərov öldürülüb, daha 2 nəfər mühafizəçi yaralanıb. Azərbaycan səfirliyinə edilən silahlı hücum təkcə cinayət deyil, həm də Azərbaycanın suverenliyinə qəsddir, onsuz da gərgin olan dövlətlərarası münasibətləri daha da gərginləşdirməyə yönəlmiş iyrənc təxribatdır.
İran dövləti terrorçuları dərhal həbs etməlidir. Beynəlxalq aləm Azərbaycanın İrandakı səfirliyinə qarşı bu terrorçu hücuma sərt reaksiya verməli, İranda fəaliyyət göstərən səfirliklərin, konsulluqların və diplomatların təhlükəsizliyinə görə İran rəhbərliyinin məsuliyyət daşımasını təmin etməlidir.
Öz vəzifəsini yerinə yetirərkən öldürülmüş Orxan Əsgərova Allah rəhmət eləsin, ailəsinə, yaxınlarına səbr versin.