Azərbaycan klublarının ötən il transferlərə xərclədiyi vəsait açıqlanıb

Azərbaycan klublarının 2022-ci ildə transferlərə xərclədiyi vəsait bəlli olub.

Bu barədə FIFA-nın açıqladığı hesabatda bildirilib.

Qeyd olunub ki, ölkə təmsilçiləri futbolçu keçidləri üçün ümumilikdə 1,5 milyon ABŞ dolları ödəyiblər.

Xatırladaq ki, ötən il Azərbaycanda 103 futbolçu transferi həyata keçirilib.