13 ölkə “Şimal-Cənub” dəhlizi layihəsində iştirakını təsdiqləyib

 

 

19 İyun , 2024

13 ölkə “Şimal-Cənub” dəhlizi layihəsində iştirakını təsdiqləyib

13 ölkə “Şimal-Cənub” dəhlizi layihəsində iştirakını təsdiqləyib

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsində 13 ölkə iştirak edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin Beynəlxalq Sibir Nəqliyyat Forumunun plenar iclasında videobağlantı vasitəsilə bildirib.

“Şimal-Cənub dəhlizi layihəsində iştirak edən demək olar bütün ölkələrlə – onların sayı 13-dür – razılaşma əldə edilib, onların hamısı iştirakını təsdiqləyib”, – o deyib.

Levitin əlavə edib ki, hazırda Şimal Dəniz Yollarına (ŞDY) çıxışın inkişafına təcili ehtiyac var: “Uralda və Sibirdə dəmir yolu xətlərinin tikintisi layihəsini həyata keçirmək lazımdır. Bu, Transsibir magistralında sıxlığı aradan qaldıracaq və Asiya ölkələrinə yükdaşımaları artıracaq”.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdən keçirilir. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?